Çinlilər Şoyqunu Putin və Tsinpinin görüşünə niyə buraxmadı?

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Putin və Si Tsinpin arasında keçirilən danışıqlara dərhal buraxılmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.
“Onlar cənab Şoyqunu ümumiyyətlə Xalq Məclisi Palatasına buraxmaq istəmirdilər. Nümayəndə heyətinin üzvlərindən söhbət gedəndə Şoyqunun keçid hüququ verən döş nişanı təşkilatçıları nədənsə qane etmədi. Məsələ Şoyqunun xeyrinə həll olunana qədər o, parlamentdə gözləməli oldu”, – nəşr yazıb.