Bia.Az

Sergey Şoyqunun gerçək milliyyəti haqda ilginc məlumat: Onun əsl adı…

Dünya
 17-05-2024, 01:17     548

Rusiya prezidenti Vladimir Putin bir qədər əvvəl müdafiə naziri Sergey Şoyqunu nazir postundan azad edərək Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edib. 

Bu qərardan sonra Şoyqunun milliyyəti ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Belə ki, onun türkəsilli olduğu qeyd edilib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan şair, araşdırmaçı jurnalist Həmid Herisçi Sergey Şoyqunun Tuva Muxtar Vilayətinin Çadan qəsəbəsində dünyaya gəldiyini deyib.

O, Şoyqunun türkəsilli olduğunu bildirib:

“Onun əsl adı, Sergey yox, Seredir. Şoyqunun atası türkəsillidir. O, Tuva vilayətində çap olunan “Pravda” qəzetinin ilk variantının baş redaktoru olub. “Pravda” sözünü Tuva dilinə tərcümə etmək böyük bir problem imiş. Heç kim tərcümə edə bilmirmiş. Lakin Sergey Şoyqunun atası anidən bu sözün “çin olmaq” deyildiyini müəyyənləşdirib. Bununla da qəzetin adını Tuva dilinə dəyişə bilib. Nəticədə o, baş redaktor olub, oğlu üçün də yol açıb”.

H.Herisçi Şoyqunun atasının millətinə bağlı olduğunu deyib:

“Əgər biz Şoyqunun türk xüsusiyyətindən danışırıqsa, ilk növbədə mütləq adının Sere olduğunu nəzərə almalıyıq. Həm də Sergey Şoyqunun atası Kuşagetin soyadını da düz yanlışlıqla Şoyqu yazıblar. Bununla bağlı onun atası Moskvaya zəng edərək, həqiqi Tuva tələffüzünü bərpa edib. Bu da onu göstərir ki, Serenin atası öz millətinə, dilinə, adına qarşı həssas olub. Sadəcə, pasporta məlumat yazan rus qadınları onun adını düz yazmayıblar”.скачать dle 12.1