Bia.Az

Qərb dövlət çevrilişi hazırlayır: “Zelenski vəzifəsindən uzaqlaşdırıla bilər”

Dünya
 8-05-2024, 01:33     304

“Zelenski vəzifəsindən uzaqlaşdırıla bilər”.

Globalinfo.az xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri, istefada olan polkovnik Duqlas Makqreqor deyib.

O bildirib ki, Ukrayna prezidentinin vəzifəsindən kənarlaşdırılması münaqişənin sona çatmasına yol aça bilər

“Ukrayna hökuməti həftələrdir parçalanma vəziyyətindədir. Zelenski vəzifədən uzaqlaşdırılmaq riski ilə üzləşib. Bu, yaxşı xəbərdir. Çünki  onun vəzifədən kənarlaşdırılması bu dəhşətli müharibənin sona çatmasına zəmin yarada bilər”, – Makqreqor vurğulayıb.

Xatırladaq ki, daha öncə “DXR” rəhbəri Denis Puşilinin müşaviri İqor Kimakovski bildirib ki, Vladimir Zelenskiyə yazın sonundan Qərbin dəstəklədiyi təhlükəsizlik gücləri tərəfindən dövlət çevrilişi təşkil oluna bilər.скачать dle 12.1