Bia.Az

Amerika Putini prezident kimi tanıyır, amma bir şərtlə...

Dünya
 7-05-2024, 01:13     342

Mayın 7-də ABŞ nümayəndələri Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcəklər, lakin Vaşinqton Putini Rusiyanın prezidenti kimi tanıyır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mayın 6-da bildirib.

"Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq", - Miller mətbuat brifinqində jurnalistə cavab verib.

ABŞ-nin Putini Rusiyanın qanuni dövlət başçısı kimi tanıyıb-tanımaması ilə bağlı suala Miller deyib ki, Vaşinqton “əlbəttə ki, bu seçkiləri azad və ədalətli hesab etmir, lakin o (Putin), Rusiyanın prezidentidir və bu vəzifəni davam etdirmək niyyətindədir”.

***

ABŞ Putini Rusiya Federasiyasının prezidenti kimi tanıyıb. 


Musavat.com xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.скачать dle 12.1