Bia.Az

Gürcüstanda terror təhlükəsi: 5 məktəbdə şagirdlər təxliyə edildi

Dünya
 26-03-2024, 20:10     318

Martın 26-da Gürcüstanın qərbində yerləşən Kobuleti kurort kəndində 5 məktəbdə tədris prosesi dayandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, buna sosial şəbəkələrdə məktəblərə mümkün hücumla bağlı yayılan məlumatlar səbəb olub.

Bundan sonra məktəblərdə tədris prosesi dayandırılıb, müəllim və şagirdlər təxliyə olunub.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidəki 32 saylı məktəbdə isə gözyaşardıcı qazla bağlı təhlükə yaşanıb.

Bir şagird məktəbdə gözyaşardıcı toz səpib və nəticədə bir neçə şagirdin vəziyyəti pisləşib. Təcili yardım briqadaları şagirdlərə tibbi yardım göstəriblər.

Gürcüstan Daxili İşlər Nazirliyi məktəbdə araşdırma aparır.скачать dle 12.1