Bia.Az

Qeqamyan: “Türkiyə təhlükəsini aradan qaldırmaq istəyiriksə…”

Dünya
 26-03-2024, 20:07     217

“Türkiyə təhlükəsini aradan qaldırmaq istəyiriksə, Tavuşun kəndlərini təslim etməməliyik. Hətta “Artsax”ı da bərpa etmək haqqında düşünməliyik”.

Globalinfo.az xəbər verir ki, bunu  türkoloq Varujan Qeqamyan deyib.

“Bu, çoxdan başlayan və ilk növbədə coğrafiyaya görə davam edən Ermənistan-Türkiyə münaqişəsidir. Əgər biz türk təhlükəsini aradan qaldırmaq istəyiriksə, onda Tavuşu təslim etməməliyik. Coğrafi baxımdan mövqelərimizi gücləndirməliyik. Erməni dövlətinin olması onlar üçün təhlükəlidir. Çünki bu, antitürk mövqeli oyunçuları özünə cəlb edir. Ona görə də Türkiyə və Azərbaycanın əsas məqsədi Ermənistanı bir dövlət kimi neytrallaşdırmaqdır”, – Qeqamyan vurğulayıb.скачать dle 12.1