Bia.Az

Terakt təsdiqlədi: edam cəzası tətbiq edilməlidir

Dünya
 24-03-2024, 16:04     267

“Krokus Siti Holl”da baş verən terror aktı Rusiyada terrorizmə görə edam cəzasına qoyulmuş moratoriumun ləğvi məsələsini gündəmə gətirir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Təbii ki, “Krokus Siti Holl”da baş verən terror aktının rezonansını və miqyasını nəzərə alsaq, terror xarakterli cinayətlərə görə ölüm hökmünə qoyulan moratoriumun ləğvi ilə bağlı müzakirələr barədə sual yaranır. Təklif edirəm ki, bu məsələ müzakirə olunsun və Rusiya hakimiyyəti bu tədbirin mümkünlüyünü nəzərdən keçirsin. Ən azı bu qədər insanın ölməsi cəzanın mütənasibliyi məsələsini gündəmə gətirir”, - Korotçenko bildirib.скачать dle 12.1