Bia.Az

"İslam Dövləti nədən Rusiyada terror aktı törədib?" - İsraildən açıqlama

Dünya
 24-03-2024, 02:08     315

"Rusiyanın Suriyada Bəşər Əsəd rejimi tərəfində dayandığı və 2015-ci ildən İslam Dövlətinə qarşı döyüşdüyü vətəndaş savaşı dönəmindən Rusiya ilə İŞİD arasında haqq-hesab çəkilməsi hələ bitməyib..."
 
Cihadçıların Rusiyadan qisas almaq üçün ən azı iki səbəbi var, bunlar siyasi və dini səbəblərdir.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co.il" nəşri yazıb.
 
Son aylar İslam Dövləti terror təşkilatı (İŞİD) bir neçə dəfə "dəfn ediləndən" sonra yenidən baş qaldırır.
 
Tarixin bu dönəmində o, ən çox martın 22-də Moskva ətrafında "Crocus City Hall" konsert kompleksində ən azı 115 nəfərin həyatına son qoyan terror aktına görə məsuliyyəti öz üzərinə götürərək yenidən  səs-küy salıb.
 
Terror aktı avtomatlardan atəşlər açan və binanı yandırmaq üçün partlayıcı maddələrdən istifadə edən bir neçə yaraqlı tərəfindən törədilib. 
 
Bəs nədən İŞİD Rusiyaya "çımxırıb"?
 
Rusiya ilə İŞİD arasında Rusiyanın Suriyada Bəşər Əsəd rejiminin tərəfində dayandığı və 2015-ci ildən İslam Dövlətinə qarşı döyüşdüyü vətəndaş savaşı dönəmindən hələ haqq-hesab çəkilməsi hələ bitməyib.
 
İslamçılar Rusiya Silahlı Qüvvələrinin Əsədə qarşı çıxan sünnü qardaşlarını məhv etməsini yaxşı xatırlayır. Rusiyanın Əsəd rejiminə dəstəyi İŞİD-in mövqelərini sarsıdıb və Əsədin hakimiyyətdə qalmasına imkan verib.
 
Bu arada isə İslam Dövləti Şimali Qafqazda İnquşetiya Respublikasında nüfuz qazanıb. Onun fəalları  gənc insanları cəlb edib, onlara Cihad ideologiyası ilə silahlandırıb, "kafirlərə" qarşı yönəldib.
 
Rusiya KİV-lərinə görə, saxlanılanlardan ən azı üç nəfərin İnquşetiyada terror aktında əli olduğunda şübhəli bilinir. 
 
Belə miqyaslı terror aktı xarici kəşfiyyatların, o cümlədən Amerika kəşfiyyatının konkret olaraq konsert salonlarında terror aktları təhlükəsi barədə xəbərdarlıqlarına rəğmən, buna hazırlığı görməzdən gələn Rusiya kəşfiyyatı ilə bağlı suallar doğurur.
 
ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Adrian Uotson bəyan edub ki, Amerika administrasiyası rusiyalı həmkarları ilə mümkün terror aktları barədə informasiyanı bölüşüb. 
 
Lakin Rusiya tərəfi bütün bu xəbərdarlıqlara şübhə ilə yanaşaraq onları təkzib edib və Qərbin Rusiyaya qarşı təxribatı kimi qəbul edib.
 
Bir sıra ərəb və müsəlman ölkələri terror akrını pisləyib. Bu barədə Yəmən husiləri, Fələstin Muxtariyyətinin sədri Mahmud Abbas və HƏMAS adından müvafiq bəyanatlar verilib.
 
Beynəlxalq birliyin digər problemlərlə məşğul olduğu və İslam Dövlətinə qalib gəldiyini düşünən zaman, İŞİD mövcud olmaqda davam edib və yenidən formalaşıb.
 
Bir neçə gün öncə Təhlükəsizlik məsələlərinin öyrənilməsi üzrə Vaşinqton İnstitutunun dərc edilən  hesabatında iddia edilib ki, İŞİD beynəlxalq birlik üçün təhlükə törətməkdə davam edir və qruplaşmanın dirçəlişinin qarşısının alınması üçün bu problem öz həllini tapmalıdır.
 
Lakin görünür beynəlxalq birliyin özünün daha vacib problemləri olub, bunlardan biri də İsrail Müdafiə Ordusunun Qəzzada İŞİD-in ideya qardaşı olan HƏMAS-a qarşı əməliyyatıdır.
скачать dle 12.1