Bia.Az

Putin kimləri hakimiyyətdən uzaqlaşdıracaq?

Dünya
 23-03-2024, 18:54     253

Rusiyadakı terror aktı prezident seçkisində qalib gəlmiş Vladimir Putinin hakimiyyətdə mümkün dəyişikliyi haqda xəbərləri ikinci plana keçirdi. Putinin   andiçmə mərasimi mayın 7-nə təyin edilib, amma o vaxtadək hakim komanda da kadr dəyişiklikləri olacağı haqda mediada çoxsaylı iddialar var. 

Konstitusiyaya görə prezident seçkilərindən sonra hökumət buraxılır.  Prezident isə təkcə baş nazirin deyil, həm də onun müavinlərinin namizədliyini təsdiqlənmək üçün Dövlət Dumasına təqdim etməlidir.  
Newsru.com yazır ki, söhbət təkcə bir neçə əsas fiqurun dəyişdirilməsindən getmir, ümumiyyətlə idarəetmə aparatı əsaslı olaraq yenidən qurula bilər.
Prezident bir neçə dəfə hökumətin işini kifayət qədər qənaətbəxş kimi qiymətləndirib və bu, şəxsən baş nazir Mixail Mişustinə etimad əlaməti kimi qiymətləndirilib. Bu o deməkdir ki, böyük ehtimalla, baş nazir postunda qalacaq. Mişustində “öz adamlarını” xüsusilə, Federal Vergi Xidmətinin rəhbərliyini, eləcə də özünə yaxın müavinlərinin Dmitri Qriqorenko və Aleksey Overçukun iş başında qalmasında maraqlı ola bilər. Baş nazirlə birlikdə hökumətə gələn, lakin barəsində çoxlu narazılıq olan Viktoriya Abramçenkonun baş nazirin müavini postunu itirəcəyi gözlənilir.
071.jpg (84 KB)
Əvvəllər adı Putinin iqtisadi komandasında ön yerlərdə olan  baş nazirin birinci müavini Andrey Belousovun istefaya göndərilə biləcəyi haqda iddialar var. Onun yerini  sanksiyalardan fəal şəkildə yayınma konsepsiyasının işlənib hazırlanmasında əməyi olan prezidentin köməkçisi Maksim Oreşkin tuta bilər. Ekspertlər baş nazirin digər müavinləri Marat Xusnullin və Yuri Trutnevin hökumətdə təsirinin və mövqelərinin gücləndiriləcəyini gözləyirlər.  Hökumətdə sosial sahəni kurasiya edən baş nazirin daha bir müavini Tatyana Qolikova vəzifəsini tərk edə və yeni yaradılan Sosial Fonda rəhbərlik edə bilər. Bundan başqa, Olqa Lyubimovanın yerinə yeni mədəniyyət nazirinin gələcəyi də iddia olunur. Beləliklə, Putinin yenilənmiş komandasında indikindən daha çox qadın kadrların olması ehtimalı azdır. Bundan başqa Müdafiə Sənayesi Nazirliyinin yaranacağı, Sənaye və Ticarət Nazirliyinin iki nazirliyə bölünəcəyi haqda da danışılır. Amma hələ ki, bunlar sözdür...
Hakimiyyətdə liberal maliyyə siyasəti tərəfdarı olan maliyyə naziri Anton Siluanov və Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın taleyi ilə bağlı da birmənalı rəy yoxdur. Bildirilir ki,  ölkənin əsas maliyyəçisi prezidentdən müsbət qiymətlər alıb və o, hətta onu  “xəsisliyinə” görə tərifləyib. Ona görə də maliyyə nazirinin də postunu qoruyacağı ehtimalı yüksəkdir.
Baş vermiş terror aktından sonra Putinin hüquq-mühafizə orqanlarının rəhbərləri  sırasında da dəyişiklik edəcəyi gözlənilir....
 
Musavat.com скачать dle 12.1