Bia.Az

Putin sərt doktrinaya keçdi: postsovet məkanından Avropaya zolaq…

Dünya
 23-03-2024, 16:11     276

Moskvadakı teraktdan sonra səsləndirilən versiyalardan biri də hadisənin Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə məqsədyönlü şəkildə törədilməsidir.

Ekspertlər iddia edir ki, bununla Kreml başçısı Ukrayna müharibəsində dividentlər qazanmağı və daxili auditoriyanın dəstəyini almağı planlaşdırır.

Maraqlıdır, bu iddialar nə dərəcədə düzdür?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiyada keçirilən prezident seçkisində Vladimir Putinin yenidən qələbə qazanması ilə Moskvanın bundan sonrakı geosiyasi doktrinasının daha sərt olacağı bəlli idi:

“Çünki Putinin rəqibsiz daxili siyasi mühitdə qələbə qazanması Kremlin apardığı siyasətin Rusiya cəmiyyəti tərəfindən dəstəklənməsi tendensiyasını gücləndirir.

Rusiya əsasən Ukraynada apardığı hərbi kampaniyanın öz xeyrinə dinamik cəbhə xətti kimi qalmasını asanlaşdırmaqdan ötrü yeniliklər etməyə çalışır. Bu o deməkdir ki, Kreml Ukraynada uzun sürən müharibə üçün informasiya şərtləri yaradıb, cəmiyyəti buna inandırmaq üçün təbliğat materiallarını çoxaldacaq. Moskva teraktı da məhz bu baxımdan diqqət çəkir”.

Politoloq qeyd edib ki, Rusiya Ukraynadakı müharibədə can atdığı geosiyasi nəticələri əldə etsə, praktiki ambisiyalarını postsovet məkanından Avropanın içərilərinə doğru uzanan zolaq boyunca davam etdirəcək:

“Moskva üçün xarici dəstəklər də vacibdir, buna görə də Rusiyanın ən çox İran, Çin və Şimali Koreya ilə hərbi-texniki əməkdaşlıq xəttini gücləndirəcəyi ehtimal edilir.

Bunun fonunda Rusiya NATO-nun Ukraynada ata biləcəyi radikal addımlara qarşılıq olaraq nüvə ritorikasını radikallaşdıracaq”.
скачать dle 12.1