Bia.Az

“Krokus” teraktçısı etiraf etdi: “Sifarişi burada almışıq” – VİDEO

Dünya
 23-03-2024, 16:00     194

Rusiyanın Bryansk vilayətində saxlanılan terrorçulardan birinin dindirilməsinin videosu yayılıb.

Globalinfo.az xəbər verir ki, saxlanılan şəxs bu prosesə bir ay əvvəl Teleqramda cəlb olunduğunu deyib.

Qeyd edib ki, naməlum şəxs ondan 500 min rubl müqabilində insanları güllələməyi istəyib.

O, vəd edilən məbləğin yarısını karta köçürmə vasitəsilə aldığını, digər hissəsini isə teraktdan sonra almağa razılaşdığını bildirib.

Tutulan terrorçu özünü 1998-ci il təvəllüdlü Faudinov Şamsadin kimi təqdim edib.

Xatırladaq ki, ötən gün “Krokus Siti Holl”da baş verən teraktda 115 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi məlumatda isə ölənlərin sayının 130-u keçdiyi bildirilir.
скачать dle 12.1