Bia.Az

Dünyada ən ermənipərəst ölkə… – Karasin

Dünya
 22-03-2024, 01:57     164

“İrəvan Rusiyadan daha çox ermənipərəst ölkə tapa bilməz”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

O, Qərbin Ermənistanı Rusiyadan mümkün qədər uzaqlaşdırmaq cəhdlərindən danışıb.

“Qərbin Ermənistanı Moskvadan mümkün qədər uzaqlaşdırmaq cəhdlərindən danışarkən nəzərə almaq lazımdır ki, İrəvan Rusiyadan daha ermənipərəst dövlət tapa bilməz. Bunun bir çox səbəbləri var. Tarixdən və qan bağlarından tutmuş regional təhlükəsizlik prioritetlərinə qədər xeyli səbəblər göstərə bilərik. Ona görə də, ciddi düşünməyin vaxtı çatıb”, – Karasin vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərbin Ukrayna ilə bağlı planlarının iflasa uğradığını və bu səbəbdən də Ermənistanı Rusiyadan qoparmaq üçün ciddi addımlar atıldığını bildirib.скачать dle 12.1