Bia.Az

Kiviryan: Paşinyan Tavuşda müdafiə xəttini öz əli ilə darmadağın edir

Dünya
 21-03-2024, 21:49     146

“Paşinyanın atdığı addımlar Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün kifayət edir.Əgər Ermənistan Tavuşun 4 kəndini təslim etməsə, Bakının bu tələbi hərbi yolla yerinə yetirməsi qanuniləşəcək”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Arqişti Kiviryan deyib. O bildirib ki, Paşinyan ictimaiyyəti aldatmağa çalışır.

“Delimitasiyanı həyata keçirmək üçün tərəflər əvvəlcə xəritələr üzərində razılığa gəlməlidirlər. Lakin hər iki tərəf belə razılaşmaların olmadığını bildirib. Xəritə üzərində bütün sərhəd delimitasiya edilməlidir. Bu ən çətin proseslərdən biridir. Bundan sonra tərəflər sərhədin demarkasiyasına başlamalıdırlar. Yalnız bundan sonra qoşunların çıxarılması məsələsi qaldırıla bilər. Tərəflər bunu paralel şəkildə etməlidir. Lakin tərəflər bu mərhələlərin heç birini keçməyib və Paşinyan Tavuşun 4 kəndinin Azərbaycana məxsus olduğunu deyir”.

Kiviryanın sözlərinə görə, Paşinyanın Tavuş kəndləri ilə bağlı açıqlamalarının bircə səbəbi var.

“Azərbaycan müvafiq tələb irəli sürüb. Paşinyan deyir ki, delimitasiya və demarkasiya sovet xəritələrinə uyğun aparılmalıdır. Amma Tavuş Ermənistanın müdafiə xəttinin məhv edilmədiyi ərazilərdən biridir. Paşinyan Tavuşda müdafiə xəttini öz əli ilə darmadağın edir. Etiraf edir ki, Ermənistanı Azərbaycanın əlavəsinə çevirib. Görünən odur ki, Nikol Paşinyan Ermənistan vətəndaşlarının problemini həll edə bilməz”, – Kiviryan vurğulayıb.скачать dle 12.1