Bia.Az

Bukingem Sarayı MƏLUMAT YAYDI: Kralın ölümü...

Dünya
 18-03-2024, 16:52     193

Məlum olduğu kimi, Rusiya qaynaqlarında Britaniya kralı III Çarlzın 75 yaşında vəfat etməsi ilə bağlı məlumat yayılıb.

Musavat.com xəbər verir ki, Bukingem Sarayından Rusiyanın TASS agentliyinə verilən məlumata əsasən, Kral III Çarlz vəzifələrini yerinə yetirməkdə və şəxsi işlərlə məşğul olmaqda davam edir.

Bundan başqa, Musavat.com-un əməkdaşı Böyük Britaniyanın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb. Səfirlikdən verilən məlumata görə, kral III Çarlzın ölümü ilə bağlı yayılan məlumatlar yanlışdır və bu barədə informasiya yoxdur.

Qeyd edək ki, III Çarlz 2023-cü ilin mayında rəsmən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralı olub. Böyük Britaniyanın paytaxtı Londondakı Vestminster abbatlığında III Çarlzın tacqoyma mərasimi keçirilib. III Çarlz Vestminster abbatlığında tacqoyma mərasimi keçirilən 40-cı monarx olub. İlk tacqoyma mərasimi 1066-cı ildə baş tutub.скачать dle 12.1