Bia.Az

Armen Aşotyan: “Paşinyan Avropa gündəmi ilə erməniləri parçalayır”

Dünya
 18-03-2024, 16:48     180

Erməni revanşist siyasətçi, keçmiş təhsil naziri Armen Aşotyan baş nazir Nikol Paşinyanın siyasətini tənqid edən yazı qələmə alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yazı onun sosial şəbəkələrdəki hesablarında yayılıb.

“Hakimiyyətin israrlı səyləri sayəsində Avropa İttifaqına (Aİ) mümkün inteqrasiya məsələsi Ermənistanın ictimai-siyasi gündəliyinə daxil edilib. Üstəlik, Paşinyan bu məsələni geniş ictimai müzakirə obyektinə çevirmək istədiyini açıq şəkildə bəyan edib.
“Nikol “Ermənistanın Avropa gələcəyi mövzusunun” Facebook, televiziya və internetə niyə bu qədər geniş müzakirə olunmasını istəyir? Onun gözləntiləri aydındır:

  1. Diqqəti ölkənin ən ciddi problemlərindən bu “xoş”, lakin “boş” mövzuya yönəltmək, öz uğursuzluqlarını gizlətmək.
  2. Onun ucbatından yaranan və gələcək fəlakətləri Ermənistanın “Avropa arzusu”nun xəyalı ilə ört-basdır edilməsi,
  3. Rusiyanı özündən çıxarmaq və onu münasibətləri kəsməyə vadar etmək,
  4. Bəlkə də ən əsası: potensial ruspərəstlərlə qərbpərəstlər arasında yeni bölücü xətt yaradaraq erməni xalqını yenidən parçalamaq. Bu bölünmə arzusu ən təhlükəlidir, çünki o, içimizdə dərin bir uçurum yaradır və erməniləri bölünmüş cəmiyyətə çevirir”,-deyə Aşotyan bildirib.
скачать dle 12.1