Bia.Az

Ermənistan üçün çoxlu risklər var – Poqosyan

Dünya
 15-03-2024, 01:00     374

“Avropa İttifaqına üzvlüklə bağlı gözləntilərdə realist olmaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Poqosyan deyib.

O bildirib ki, Ermənistanın Avropa perspektivlərini qiymətləndirərkən bir sıra vacib məqamları nəzərdən qaçırmaq olmaz.

“Əvvəla, başa düşmək lazımdır ki, Avropa Parlamentinin Avropa İttifaqının qəbul etdiyi qərarlara ciddi təsir etmək imkanı yoxdur. O, məhdud funksiyaları olan nümayəndəli orqandır. İkinci ən mühüm problem isə Ermənistanın Avrasiya İqtisadi Birliyinin üzvü olmasıdır. Odur ki, Aİİ-dən çıxmayana qədər Ermənistana namizəd statusunun veriləcəyini istisna edirəm. Ola bilər ki, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq prosesinə başlayan kimi Avropa İttifaqı İrəvanın müraciətinə baxmağa razılaşacaq. Amma hüquqi baxımdan Aİİ-dən çıxmaq çox uzun prosesdir. Digər tərəfdən bunun ölkə üçün son dərəcə ağır iqtisadi və siyasi nəticələri ola bilər”.

Ekspert hesab edir ki, Avrasiya İqtisadi Birliyindən çıxmaq Rusiya ilə münasibətlərin son qırılma nöqtəsi olacaq.

“Bu baxımdan İrəvan üçün çoxlu risklər var. Üstəlik, Ermənistanın bunun müqabilində nə əldə edəcəyi bəlli deyil. Odur ki,  Ermənistanın Aİ-yə üzvlüyü barədə danışmaq indi daha çox nəzəri fərziyyə kimi görünür”, – Poqosyan vurğulayıb.скачать dle 12.1