Bia.Az

Paşinyana tabe olmayan qüvvə qorxunc yola əl atır – Ağrılı ssenari

Dünya
 15-03-2024, 00:58     371

Nikol Paşinyana qarşı mübarizənin ön sırasında yer alan Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Acapayan yeni bəyanatla çıxış edib. O, təhlükəsizlik qüvvələrini Ermənistanda hərbi çevrilişə çağırıb.

“Ölkənin fəlakətə doğru getdiyini görən bu vətənpərvər qüvvələr, təhlükəsizlik qüvvələri müəyyən addımlar atmalıdırlar. Əgər təhlükəsizlik qüvvələri bunu görüb baş verənlərin qarşısını almırsa, deməli, ölkəni düşünmürlər. Mən ölkəni xilas etməkdən danışıram, kimisə cəzalandırmaqdan danışmıram”, – deyə o bəyan edib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Paşinyan hakimiyyətinin yeritdiyi siyasət Ermənistanı elə mürəkkəb dalana dirəyib:

“Paşinyanı hakimiyyətə gətirən Qərb, ABŞ onun qarşısında qoyduğu hədəfləri yerinə yetirməsi üçün təzyiqlər edir. Paşinyan da erməni dövlətinin, xalqının maraqları ilə deyil, onu hakimiyyətə gətirən bu qüvvələrin təlimatları çərçivəsində hərəkət edir.

Bu proses erməni vətəndaşların bir qismini, habelə din xadimlərini narahat edir. Əslində bu ölkədə din xadimləri uzun illərdir siyasi proseslərə aktiv şəkildə müdaxilə edir. Bu bir daha onu göstərir ki, erməni din xadimləri Allaha deyil, ayrı-ayrı siyasi terror təşkilatlarına xidmət edir.
Ümumiyyətlə, din xadimlərinin işi sülh, əmin-amanlığı qorumaq, təbliğ etməkdir. Ermənistanda isə kilsələr terroru dəstəkləyib onları himayə edirlər. Acapayanın açıqlaması da əslində bu ölkədəki din xadimlərinin hansı işləri gördüyünü sübut edir.

Bu cür açıqlamalar mürəkkəb situasiyalar yaradır. Ermənistanda vahid dövlət konsepsiyası yoxdur. Həm qonşular ilə gərginlik yaratmaq, həm də Rusiya ilə düşmənçilik bunu göstərir. Qərbin əlində alətə çevrilən Ermənistan günü-gündən içindən çıxılması çətin bir vəziyyətə sürüklənir”.скачать dle 12.1