Bia.Az

Yaponlar son 30 ilin ən böyük maaş artımını gözləyir

Dünya
 14-03-2024, 01:16     431

İri Yaponiya şirkətləri həmkarlar ittifaqları ilə danışıqlardan sonra işçilərin maaşlarını 4%-dən çox artırmağa razılaşıblar.

Qaynarinfo “Financial Times”a istinadən xəbər verir ki, bu, 1992-ci ildən bəri ən əhəmiyyətli artım olacaq.

Həlledici amillər ölkədə yaşayış minimumunun kəskin artması, eləcə də kadr çatışmazlığının getdikcə pisləşməsi idi. Keçən il həmkarlar ittifaqları 3,6% maaş artımına nail olublar.

Bu yaz işçilərin maaşlarını indeksləşdirəcək şirkətlər arasında elektronika istehsalçısı NEC (+4,3%), “ANA Holdings” aviaşirkəti (+5,6%), avtomobil istehsalçısı “Honda” (artım +5,6%), mühəndislik şirkəti “Mitsubishi Heavy Industries” (+8,3%) və polad tökmə zavodu “Nippon Steel “(+11,8%) var.скачать dle 12.1