Bia.Az

Bu ölkədən Rusiyaya qarşı sərt addım: Kremlin cavabı necə olacaq?

Dünya
 14-03-2024, 01:05     439

Avstriya iki rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avstriyanın “Die Presse” qəzeti məlumat yayıb.

Bildirilir ki, Rusiya diplomatları martın 19-na kimi ölkədən çıxarılmalıdır.

Nəşrin yazdığına görə, 2023-cü ildə Rusiyanın Vyanadakı səfirliyindən dörd diplomat çıxarılıb. Avstriya Xarici İşlər Nazirliyi daha iki rusiyalı diplomata ölkədən çıxarılacaqları barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, Rusiya səfirliyinin iki diplomatı diplomatik statusları ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Rusiya Xarici İşlər Nazirliyi Kremlin Vyananın əsassız qərarına lazımi cavab verəcəyini bildirib.

Rusiya səfirliyi isə bəyan edib ki, Avstriya Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına dair heç bir sübut təqdim etməyib, Moskva bu qərarı sırf siyasi hesab edir və qəti şəkildə qəbul etmir.скачать dle 12.1