Bia.Az

Aİ Ukraynaya milyardlarla avro əlavə hərbi yardım ayıracaq

Dünya
 14-03-2024, 00:55     360

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri 2024-cü ildə Ukraynaya silah tədarükü üçün əlavə vəsait ayrılacağını təsdiqləyiblər.

Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) Belçikanın Aİ Şurasındakı sədrliyi məlumat yayıb.

“Aİ səfirləri Ukraynaya 2024-cü ildə hərbi təchizat üçün beş milyard avroluq əlavə büdcə ayırmaq məqsədilə Avropa Sülh Fondundan köçürmə etmək barədə prinsipial razılığa gəliblər”, - məlumatda deyilir.//Oxu.azскачать dle 12.1