Bia.Az

İrandan Ermənistana xəbərdarlıq: - Tehran Çırpınır

Dünya
 7-03-2024, 18:24     296

Ermənistanın müdafiə naziri Suren Papikyan Tehrana səfəri çərçivəsində İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşüb.

bu barədə “Sputnik Armenia” məlumat yayıb.

İranlı nazir görüş zamanı deyib ki, regiondan kənarda təhlükəsizlik zəmanətləri axtarışı əks nəticə verəcək.

Aştianinin sözlərinə görə, təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda region güclü dövlətlər arasında münaqişə meydanına çevriləcək.

Mövzu ilə bağlı “Sherg.az”a danışan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki, Cənubi və Şimali Azərbaycan Qarabağ savaşında erməni terroristlərindən təmizləndikdə İran sərhəd dəyişikliyini öz qırmızı xətti hesab edirdi:

“Azərbaycanın işğal olunmuş bölgələrdə suverenliyini bərpa etməsi İranının naratlığını get-gedə artırdı. Bu narahatlıqlar fonunda isə rəsmi Tehran çırpınır. Çırpınışlar isə onu bölgədə daha da pis vəziyyətə salır. Eyni zamanda Azərbaycan Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasına mane olmağa çalışır. Amma apardığı siyasətlər tamamilə yanlışdır. Münaqişədən bu qədər qidalanmaq İranın özünü yorar. İllərlə İran Ermənistana mühüm dəstəklər verdi. Lakin strateji müttəfiqinin Qarabağ savaşında məğlub olması İranı da zəiflətdi. Digər tərəfdən Xamenei Cənubi Azərbaycanlıları itirir. Çünki İslam ölkəsi olduğunu bəyan etsə də, bölgədə strateji müttəfiq olaraq Ermənistanı seçib. Ermənistan İrandan bəzi imtiyazlar alsa da, Azərbaycanla normallaşma prosesini seçməlidir. Uzun illər ermənilər digər qüvvələr sayəsində torpaqlarımızı işğal altında saxlamağa çalışdılar. Nəticə etibarilə də iqtisadi cəhətdən iflas etdilər. Ermənistan özünə tərəfdaş ölkə seçməkdə gah nala, gah da mıxa vurur”.
скачать dle 12.1