Bia.Az

2021-ci ildə Paşinyanla bağlı dəhşətli hadisə baş verdi

Dünya
 7-03-2024, 18:10     238

“Nikol Paşinyanı müdafiə etmək rusların ən böyük səhvi idi. Rusiyanın dəstəyi olmasaydı, o, 2021-ci ildə seçilməyəcəkdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistanın sabiq baş naziri Hrant Baqratyan deyib.

“44 günlük müharibədən sonra da Rusiya Nikol Paşinyanı dəstəklədi. Həmin dəstək 2021-ci ilin iyun seçkilərinə qədər davam etdi, Rusiya Nikolun satqın olmadığını açıqladı. Sonra daha bir dəhşətli hadisə baş verdi. Ruslar gördülər ki, Paşinyan verdiyi sözə əməl etməyib, xüsusən 10 Noyabr bəyanatının 9-cu bəndinə: maneəsiz yolların açılmasında Moskvanın maraqları var. Çünki həmin yollara Rusiya nəzarət etmək istəyirdi. Lakin 2022-ci ildə Nikol Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını açıqlamaqla rusların planlarını puç etdi”, – Baqratyan qeyd edib.скачать dle 12.1