Bia.Az

Zelenskiyə sui-qəsd cəhdi oldu – “Həmin liderin taleyini yaşayacaq”

Dünya
 7-03-2024, 18:01     232

Ukrayna Prezidenti Volodimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Odessa şəhərinə səfər edərkən Rusiya qüvvələri tərəfindən şəhərə raket hücumu həyata keçirilib. Bildirilib ki, hədəf Zelenskinin avtomobil karvanı olub, ancaq partlayış Baş nazir Mitsotakisin rəhbərlik etdiyi Yunanıstan nümayəndə heyətindən 150 metr aralıda baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Maraqlıdır, Zelenski necə qorunur? Qərb onu müdafiə edirmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Rusiya Prezidenti Vladimir Putin keçmiş agentdir:

“Əgər bir ölkənin lideri həmin məsələlərdə peşəkardırsa, deməli, komandası da qəfil hücumlar və həmlələrdə bacarıqlıdır. Bundan əvvəl də Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdləri olub və qarşısı alınıb. Zelenskinin fiziki şəkildə aradan götürülməsi müharibənin bitməsi üçün ciddi zəmin yaradar. Çünki ölkədə lider olmayacaq və onun yeri üçün daxildə mübarizə başlayacaq. Bu da vəziyyəti çətinləşdirdiyinə görə Rusiyanın xeyirinədir”.

Siyasi şərhçinin fikrincə, Zelenski “Supermen”, “Betmen” olmasa da, onu öldürmək çətin məsələdir:

“Ölkə prezidentidir və şübhəsiz ki, yaxşı qorunur. Lakin bu kimi hücumların təkrarlanması və Zelenskinin vurulması istisna deyil. Ona görə də Ukrayna prezidenti həmin hadisələrdən dərs çıxarmalıdır. Qərb isə Zelenskidən öz maraqları naminə istifadə edir. İstəyinə çatandan sonra onun aqibətini fikirləşməyəcək. Zelenski Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin qarşılaşdığı vəziyyəti yaşayacaq. Vaxtilə ölkə prezidenti olan Saakaşvili bu gün həbsdə saxlanılır”скачать dle 12.1