Bia.Az

Ukrayna türk ölkəsinə müraciət etdi – İnanılmaz istək

Dünya
 7-03-2024, 17:58     235

Ukrayna Silahlı Qüvvələri Rusiya hərbi məhsullarının alınması ilə bağlı Qazaxıstanla danışıqlar aparır.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “RİA Novosti” çıxış edib.

Adı açıqlanmayan mənbə “RİA Novosti”yə bildirib ki, “Ukrspetsexport” Şirkətlər Qrupu Rusiya hərbi sənaye kompleksi məhsullarının alınması ilə bağlı Qazaxıstanla danışıqlar aparır. İddiaya görə, rəsmi Kiyev sözügedən şirkət vasitəsilə Rusiya istehsalı olan Su-24, MİQ-29 təyyarələrinin PGK-10 paraşüt əyləc sistemi üçün rus istehsalı komponentlər ala bilər.

Astananın sözügedən hərbi məhsulların Ukraynaya satışını təmin edə biləcəyi qeyd olunur.

Qazaxıstanın son zamanlar Qərblə yaxınlaşdığı, bu səbəbdən Rusiya-Ukrayna müharibəsinə məsafəli mövqe sərgiləməyə çalışdığı bildirilir.скачать dle 12.1