Bia.Az

Duqinin qorxunc proqnozu: “O dəhşətli günə çox yaxınıq...”

Dünya
 4-03-2024, 18:17     256

Heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq.

Bunu rusiyalı politoloq Aleksandr Duqin deyib.

“Hazırda qütblər arasında müharibə gedir. Bu müharibə Qərbin qorumağa çalışdığı birqütblü dünya nizamı ilə çoxqütblü sistem arasındadır. Münaqişə xətləri Ukrayna, Fələstin və Tayvandır. Afrika və Cənubi Amerikada da yeni cəbhə açıla bilər. Yeni dünya nizamının formalaşma mərhələsindəyik. Bu proses qaynar münaqişələrə müşayiət olunur. Ən pisi odur ki, indi nüvə müharibəsi riski ilə üz-üzəyik. Rusiya şəhərlərinə hücumlar hər an nüvə müharibəsini başlada bilər”, - politoloq vurğulayıb.

Duqin hesab edir ki, bu müharibədə təkcə taktiki yox, həm də strateji nüvə silahları istifadə olunacaq:

“Əgər adi münaqişədə Ukraynanı məğlub edə bilməsək, bu, birbaşa nüvə müharibəsinin başlanması demək olacaq, bütün Ukrayna üzərində nəzarəti ələ alana qədər dayanmağı planlaşdırmırıq. Bundan sonra heç bir diplomatik həll bizə bu məqsəddə mane ola bilməz. Ona görə də bu gün Ukraynanı kim silahla təmin edirsə, bilməlidir ki, nüvə müharibəsi riskini artırırlar.

Müəyyən mənada Üçüncü Dünya Müharibəsi başlayıb, bunun ilkin mərhələsindəyik. Heç vaxt nüvə müharibəsinə bu qədər yaxın olmamışıq. NATO liderləri anlamırlar ki, atdıqları addımlar nüvə faciəsinə gətirib çıxara bilər. Rusiyaya hücum dünyanın məhvi deməkdir. NATO indiki siyasətini davam etdirsə, o dəhşətli gün qaçılmaz olacaq”./Teleqraf.comскачать dle 12.1