Bia.Az

Paşinyan riskə gedir – Səs-küylü bəyanatını rəsmiləşdirir

Dünya
 4-03-2024, 18:14     258

Ermənistan rəhbərliyi ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının hüquqi rəsmiləşdirilməsi istiqamətində addımlar ata bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.

“Düşünürəm ki, Ermənistan hakimiyyəti öz addımlarını davam etdirməklə nəinki təşkilatı tərk edə bilər, həm də ümumilikdə Rusiya ilə münasibətləri xeyli pisləşdirə bilər. Bu da Rusiyanın maraqlarına uyğun gəlmir”, - deputat bildirib.

Abramyan KTMT-dən çıxma və Rusiyadan uzaqlaşmanın təhlükəli nəticələri barədə xəbərdarlıq edib.

Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl KTMT-yə üzvlüyünü dayandırdıqlarını açıqlayıb. O, təşkilatdan de-yure çıxa biləcəklərini də söyləyib. Ermənistan rəhbərinin bəyanatı Rusiyanın kəskin etirazına səbəb olub.
скачать dle 12.1