Bia.Az

Biz xəstə xalqıq: 150 ilimiz məhv oldu, yaxşılar öldü… - Ajapahyan

Dünya
 4-03-2024, 01:21     239

Biz xəstə olduğumuzu etiraf etmirik və belə bir söz deməyə cəsarət edən hər kəsi qınayırıq. Xəstə insanların sağlam elitası ola bilməz və əksinə.

Axar.az xəbər verir ki, bu sözləri Şirak yeparxiyasının lideri Mikael Ajapahyan deyib.

O bildirib ki, başımıza gələn kataklizmlər, fəlakətlər və müharibələr ən yaxşıları öldürüb:

“Həmin kataklizmlər nəticəsində qaymaq dağıldı, çöküntülər qaldı. Biz yalnız Qarabağı itirməmişik, son 150 ili uduzmuşuq. Öz səhvimizə görə uduzduğumuzu etiraf etmirik, həmişə başqalarını günahlandırırıq. Ümid edirəm yanılıram, ancaq “Qarabağı qaytaracağıq” sözü ilə xalqı aldada bilmərik”.

Yepiskop qeyd edib ki, 2021-ci ildə Paşinyanın təkrar baş nazir seçilməsi ermənilərin bu reallıqla barışdığının sübutudur.скачать dle 12.1