Bia.Az

Ermənistan yaxın günlərdə Avropa Birliyi üzvlüyə namizəd olmaq üçün ərizə verəcək… - “Past”

Dünya
 2-03-2024, 12:14     235

Dünən Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib ki, Ermənistan Avrop Birliyi üzvlüyünə namizəd olmağa və "Ermənistan üçün maksimum təhlükəsizliyi təmin edəcək istiqamətdə irəliləməyə" hazırdır.

Moderator.az xəbər verir ki, bu haqda “Past” gündəlik qəzeti yazır:

Nəşrin yazdığına görə, belə bir açıqlama daha çox anons xarakteri daşıyır.

“Məsələ burasındadır ki, rəsmi mənbələrimizin məlumatına görə, Nikol Paşinyan qərarını verdiyini partiyasının “elita”sına çatdırıb və yaxın günlərdə, ən çoxu bir ay ərzində Ermənistan Avropa Birliyinə üzvlüyə namizəd olmaq üçün ərizə verəcək”,- deyə erməni qəzeti yazır.

Eyni zamanda nəşr qeyd edir ki, hakim “Vətəndaş sazişi” partiyasının deputatları arasında məsələyə etiraz edənlər də olub və onlar bu addımın mümkün təhlükələrini qeyd ediblər. Nikol Paşinyan isə bildirib ki, olacaqlar olacaq, Rusiyadan heç bir ümid və ya gözlənti yoxdur, amma Qərb təhlükəsizlik zəmanəti verə bilər.

“Mənbəmizin sözlərinə görə, Paşinyan deputatlara “gedin, düşünün, qərar verin” deyə çağırıb, Baxmayaraq ki, “VS”-də etirazçıların azlıq təşkil etdiyi, çoxluğun isə Paşinyanın istənilən qərarını təsdiqləmək üçün sadəcə “əl qaldırması” göz qabağındadır”- deyə nəşr bildirir.


скачать dle 12.1