Bia.Az

İrəvan-Ankara xəttində durum dəyişir – “Bu, tarixi olay olacaq”

Dünya
 1-03-2024, 15:53     331

Türkiyənin Ermənistanla münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi Sərdar Kılıç erməni həmkarı Ruben Rubinyana gələn həftə İrəvanda görüşməyi təklif edib.

Teleqraf.com xəbər verir ki, Türkiyə rəsmisi bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı danışıb.

“Mən cənab Rubinyana gələn həftə İrəvanda görüşməyi təklif etmək istəyirəm, bu, tarixi hadisəyə çevriləcək”, - Kılıç deyib.

Rubinyan türk həmkarına cavabında bildirib ki, ikisi bu məsələni daha sonra müzakirə edəcəklər:

“Siz və mən nə vaxt və harada görüşəcəyimizə sonra qərar verəcəyik”.
скачать dle 12.1