Bia.Az

İran yenə Rusiyaya PUA verdiyini danır – Bəyanat

Dünya
 29-02-2024, 17:35     211

İran Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin Ukraynadakı münaqişədə istifadə üçün Rusiyaya pilotsuz uçuş aparatlarının (PUA) tədarükü ilə bağlı dediklərinə etiraz edib.

Musavat.com xəbər verir ki, bu etiraz İranın Belçikadakı səfirliyinin bəyanatında əksini tapıb.

Səfirliyin X hesabında yayılan bəyanatda Rusiyaya hər hansı PUA göndərilmədiyi iddia edilir:

“Avropa institutlarında İsrailin Qəzza zolağında törətdiyi soyqırımına səssiz qalan həmin rəsmilər etimada layiq deyillər".

Fevralın 28-də fon der Lyayen bəyanat verib ki, İran hakimiyyəti Rusiyaya hücum dronlarının istehsalı üçün nümunələr və texnologiyalar verir.
Fevralın 17-də G7 qrupunun xarici işlər nazirləri İranı Ukraynadakı münaqişədə “Rusiya ordusuna yardımı dayandırmağa” çağırıb və bütün ölkələrdən İranın “Rusiyaya dəstək vermək məqsədi daşıyan PUA proqramları üçün komponentlərin tədarükünün qarşısını almağı” tələb ediblər.
скачать dle 12.1