Bia.Az

FETÖ-çülərin dəbdəbəli həyatı: görün necə yaşayırlar... - Şok fotolar yayıldı

Dünya
 29-02-2024, 17:26     207

Türkiyədə 15 iyul hadisələrində hakimiyyəti zorla ələ keçirməyə çalışan terrorçu qrupun hərbi çevriliş cəhdindən əvvəl Fətullah Gülənə yaxın insanların hamısı ABŞ-a qaçıblar. FETÖ-nün gizli həyat sürən qondarma liderlərinin dəbdəbə içində yaşadıqları ortaya çıxıb.
Musavat.com publika.az-a istinadən xəbər verir ki, "Sabah" nəşri Fətullahçı Terror Təşkilatının qaçaq komandasının 18 üzvünün yaşadığı lüks villaların fotolarını əldə edib.
FETÖ lideri Fətullah Gülən ABŞ-dan idarə etdiyi təşkilatda məşvərət komitəsi yaradıb. O, təşkilatın Türkiyə imamını, həmçinin maliyyəni və gizli strukturları idarə edən bir çox şəxsi qondarma məsləhət heyətinə üzv edib.
Çevriliş cəhdindən əvvəl Amerikaya qaçan fətullahçılar və onların ailə üzvləri qiyamın uğurlu alınacağı təqdirdə, Gülənlə birlikdə Türkiyəyə qayıtmağı planlaşdırıblar.






 скачать dle 12.1