"Pul qazanır, amma övladlarına paltar almır"

"Öyle bir geçer zaman ki" serialıyla məşhurlaşan aktrisa Vilma Elleslə keçmiş əri Kərəm Göğüş məhkəməlik olub.
Moderator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kərəm aktrisanın maddi vəziyyətinin yaxşı olduğunu bildirərək 500 avro alimentin ləğv olunmasını və ya 4 min lirəyə endirilməsini tələb edib.
Aktrisa isə sosial şəbəkədə paylaşım edərək bunları yazıb:
"Kərəm Göğüş heç vaxt 1 lirə belə aliment ödəməyib. Onun nəsə ödəmək kimi vərdişi yoxdur. İcrada 245 lirəlik elektrik borcu belə var. Pul qazanır, amma övladlarına bir dənə paltar belə almır".