"Putinin yeni məşuqəsi peyda olub" - "The Mirror"

"Katya Putinin zövqünə tamamilə uyğundur, o, özünə hər şeyi rəva bilən kişidir..."
Rusiya prezidenti Vladimir Putinin yeni məşuqəsi peyda olub. Bu, Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinadır.
BİA.az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın gündəlik "The Mirror" qəzeti Rusiya KİV-lərinə istinadən yazıb.
Bu xəbər dərhal Ukrayna KİV-lərində işıqlandırılıb. "24 kanal"ın jurnalistləri Rusiya liderinin yeni potensial məşuqəsini "Oturaq Rusiya" Fondunun icraçı direktoru, hüquq müdafiəçisi Olqa Romanova ilə müzakirə edib.
"Katya Mizulina Putinin zövqünə tamamilə uyğundur. Barbi (onun ayaması belədir) həmişə ona uyğun olub. Putin özünə istədiyini etməyi rəva bilən kişidir. Seçicilərin onun barəsində nə deməsi heç vecinə də deyil, çünki seçicilər yoxdur axı, yalnız rəyiyyət var", - Romanova bu xəbəri belə şərh edib.
Hüquq müdafiəçisi həmçinin əlavə edib ki, Mizulina zahirən Putinin məşuqəsi deyilən daha bir qadına oxşayır, bu, Svetlana Krivonoqixdir.
Yekaterina Mizulinanın 39 yaşı var. O, Londonda incəsənət tarixu üzrə təhsil alıb və İndoneziya dilindən tərcümələr edib. Rusiyanın rəsmi nümayəndə heyətinin tərkibində işləyib.
Hazırda Rusiya İctimai Palatasının üzvü və Təhlükəsiz İnternet Liqasının sədridir.
O, dissidentlər və sadəcə internetdə Kreml rejiminə qarşı qəzəbini gizlətməyənlətərin təqib edilməsi ilə tanınır.
Zamanında Aleksey Navalnının əsasını qoyduğu Korrupsiya ilə Mübarizə Fondu Mizulinanın qarderobunu 27 milyon rubl məbləğində dəyərləndirib.
Maraqlıdır ki, 39 yaşlı diqqəti cəlb edən siyasi persona haqqında heç nə bəlli deyil. İnternetdə onun ailəli və uşaqlarının olması barədə heç bir məlumat yoxdur.
Yekaterina Mizulina sabiq senator qadın, "qadağa xarakterli" qanunvericilik təşəbbüsləri ilə tanınan Yelena Mizulinanın qızıdır.