Bia.Az

“Rusiya hücum etsə də, biz o ölkələri müdafiə etməməliyik ” - Trampdan qəribə NATO açıqlaması

Dünya
 12-02-2024, 12:30     205

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bəyan edib ki, prezidentliyi dövründə bir NATO ölkəsinin baş nazirinə Rusiyanı lazımi müdafiə xərclərini həyata keçirməyən NATO üzvlərinə hücum etməyə təşviq edəcəyini deyib.


Bizimyol.info xəbər verir ki, Cənubi Karolinada seçki mitinqində çıxış edən Tramp bəyan edib ki, prezidentliyi dövründə NATO liderlərinin toplantısında müdafiə xərcləri öhdəliklərini yerinə yetirməyən təşkilat üzvlərinin müdafiə edilməməsi lazım olduğunu deyib.

Tramp: “Mən onlara dedim ki, hamı bu vəsaiti ödəməyə məcburdur. Məndən soruşdular ki, pul verməsək də, bizi müdafiə edəcəksiniz? Mən: “Qətiyyən yox” dedim. Onlar bu cavaba inana bilmədilər”, - deyə qeyd edib. Tramp bəyan edib ki, “böyük bir ölkənin dövlət başçısı” ondan soruşub ki, Rusiyanın mümkün işğalı halında, pul verməsələr belə, ABŞ onları müdafiə edəcək?Tramp: “Xeyr, mən sizi qorumayacağam. Əslində, mən onları istədiklərini etməyə təşviq edirəm. Onlar bilsinlər ki, bu vəsaiti ödəməlidirlər. Təhlükə hamı üçündürsə, ona qarşı hazır olamağa hamı səy göstərməlidir”, - deyib.

Ağ Ev Trampın sözləri ilə bağlı açıqlama verərək, keçmiş prezidentin təlaşını “dəhşətli və balanssız” adlandırıb.скачать dle 12.1