Bia.Az

Ermənistan MN bu məlumatları silməyə başladı – FOTO

Dünya
 12-02-2024, 11:33     180

“Bizə xəbərdarlıq gəldi ki, bəzi lövhələrin kazarmalardan dərhal çıxarılması barədə əmr verilib. Njdenin şəkilləri, xəritələr və erməni dövlətləri haqqında plakatlar da bura daxildir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni hüquq müdafiəçisi Karapet Poqosyan yazıb.

O, fotoları təqdim edərək bildirib ki, sözügedən plakatlar Müdafiə Nazirliyinin xüsusi sifarişi ilə hazırlanmışdı:

“Aşağıda yığışdırılan plakatları təqdim edirəm. Əvvəllər bunlar Müdafiə Nazirliyinin sifarişi ilə bütün hərbi hissələrə verilirdi və asılması məcburi idi. Mənə dedilər ki, bəzi yerlərdə əsgərlər qarşı çıxır, məsələn, xəstəxanaların birində müalicə olunan əsgərlər buna görə hay-küy salıblar və məsələnin həlli üçün hərbi polis cəlb olunub”.

K.Poqosyan bildirib ki, hazırda digər hərbi hissələrdən də hadisə ilə bağlı məlumat toplamağa çalışır və Müdafiə Nazirliyindən açıqlama gözləyir.

 
скачать dle 12.1