Bia.Az

Rusiya XİN rusların "dost olmayan ölkələr"ə girişi ilə bağlı tövsiyələri yeniləyəcək

Dünya
 12-02-2024, 11:16     189

Rusiya Xarici İşlər Nazirliyi müvafiq nəticələrin yüksək risklərini nəzərə alaraq, dost olmayan ölkələrə səyahət edən ruslar üçün tövsiyələri yeniləmək üzərində işləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatına müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin konsulluq idarəsinin rəhbəri Aleksey Klimov bildirib.
"Hazırda müvafiq mənfi nəticələrin yüksək risklərini nəzərə alaraq, Rusiya vətəndaşları üçün qeyri-dost ölkələrə səyahət edənlər üçün tövsiyələrin yenilənməsi üzərində iş aparılır", - deyə diplomat müvafiq suala cavab verərək qeyd edib.

Klimovun sözlərinə görə, Rusiya vətəndaşlarına qarşı ən çox rezonans doğuran ayrı-seçkilik və siyasiləşdirilmiş münasibət halları, ilk növbədə, Baltikyanı ölkələrdə, xüsusi olaraq, xeyli sayda Rusiya vətəndaşının deportasiya təhlükəsi altında olduğu Latviyada qeydə alınıb.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı iki ildir davam edən müharibəyə başlamasından sonra dünyanın əksər dövlətləri Moskvaya qarşı Qərbin təklif etdiyi saksiyalara qoşulub. Rusiyanın siyasi şəxsləri, iş adamlar, ticarət təşkilatları, loqistika və bank tidmətləri də daxil geniş qadağalar tətbiq edilməklə 13 saksiya qərarı qəbul edilib. Bundan əlavə, bəzi dövlətlər Rusiya vətəndaşlarının ölkə ərazisinə daxil olmasına da məhdudiyyətlər tətbiq ediblər.скачать dle 12.1