Bia.Az

Şimali Koreya MLRS üçün yeni idarə olunan raket hazırlayıb

Dünya
 12-02-2024, 09:53     173

Koreya Xalq Demokratik Respublikası (KXDR) Milli Müdafiə Akademiyası 240 mm çaplı çoxsaylı buraxılış raket sistemləri (MLRS) üçün yeni idarə olunan mərmi hazırlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Qeyd olunur ki, fevralın 11-də yeni döyüş sursatlarının trayektoriyasına və digər parametrlərinə nəzarət imkanlarının qiymətləndirilməsi üçün uğurlu sınaqlar keçirilib.

“240 mm çaplı idarə olunan raket və trayektoriyaya nəzarət sisteminin inkişafı ordumuzun raket silahlarının imkanlarını keyfiyyətcə dəyişəcək”, - deyə KCNA-nın verdiyi məlumatda qeyd edilir.

Şimali Koreya son vaxtlar aktiv şəkildə yeni silahlar, o cümlədən MLRS inkişaf etdirir. Keçən il Koreya Xalq Ordusu 600 mm-lik MLRS sistemləri ilə təmin edilib ki, Pxenyanın iddiasına görə, bu sistemlərdən taktiki nüvə silahlarının buraxılması üçün istifadə edilə bilər.скачать dle 12.1