Bia.Az

Prezident Ərdoğan BƏƏ və Misirə gedir

Dünya
 12-02-2024, 09:43     202

Prezident Rəcəb Tayyib Ərdoğan rəsmi dəvətlə fevralın 12-13-də Birləşmiş Ərəb Əmirliklərinə, növbəti gün - 14 fevralda isə Misir Ərəb Respublikasına rəsmi səfərlər edəcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin Əlarələr İdarəsindən verilən məlumatda bildirilir.

Prezident Ərdoğan fevralın 13-də Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu ilə keçiriləcək Dünya Hökuməti Zirvə toplantısına fəxri qonaq qismində qatılacaq.

Müxtəlif ölkələrdən dövlət və hökumət rəsmilərini, beynəlxalq təşkilatları, özəl sektoru, akademik dairələri, vətəndaş cəmiyyətlərini, beyin mərkəzləri və media nümayəndələrini, iş adamlarını bir araya gətirən sammitdə Ərdoğan əsas məruzəçi kimi çıxış edəcək.

Prezident Ərdoğanın sammit münasibətilə iştirakçı ölkələrdən olan həmkarları, xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə ikitərəfli görüşləri də gözlənilir.

Prezident Ərdoğanın Qahirəyə səfəri zamanı danışıqlarda Türkiyə ilə Misir arasında əlaqələrin inkişafı və yüksək səviyyəli ikitərəfli əməkdaşlıq mexanizmlərinin canlandırılması kontekstində atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərin gündəliyi ikitərəfli əlaqələrlə yanaşı, aktual qlobal və regional problemlər, xüsusilə də İsrailin Qəzzaya və işğal olunmuş Fələstin torpaqlarına hücumları ətrafında fikir mübadiləsi aparmaqdır.скачать dle 12.1