Bia.Az

İsraildə etirazlar başladı: Netanyahudan nə tələb edirlər?

Dünya
 11-02-2024, 02:10     245

İsraildə seçkilərin keçirilməsi və Qəzza zolağından girovların azad edilməsi tələbi ilə etiraz aksiyası başlayıb.  

Globalinfo.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat dərc edib.

Məlumata görə, etiraz aksiyasının iştirakçılarından olan 7 nəfər həbs edilib. Aksiya iştirakçıları Təl-Əvivin şərqindəki Ayalon şossesinin bir hissəsini bağlayaraq tonqal yandırıblar.

Eyni zamanda, paytaxt Təl-Əvivin mərkəzində Qəzza zolağında saxlanılan girovların azad edilməsi tələbi ilə minlərlə insan mitinq keçirib. Aksiyaçılar Netanyahudan HƏMAS-ın əlində olan girovları geri qaytarmaq üçün bütün lazımı addımları atmağı tələb edib.

Xatırladaq ki, HƏMAS münaqişə başlayan ilk günlərdə 240-dan çox İsrail vətəndaşını girov götürüb. Lakin onlardan  110 nəfərini azad etmək mümkün olub.скачать dle 12.1