Bia.Az

Türkiyədə AK Partiyanın seçki kampaniyasına silahlı hücum olub - Video

Dünya
 11-02-2024, 01:03     172

"Adalet və Kalkıma" (AK) Partiya Küçükçekmece Bələdiyyə Başçısı seçkilərində namizəd Əziz Yeniayın seçki kampaniyasına silahlı hücum nəticəsində 1 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, Yeniayın Kanarya rayonundakı dərnəyə gəlişi zamanı naməlum şəxs və ya şəxslər tərəfindən silahlı basqın edilib.

Hücumda 22 yaşlı E.G.D. yaralanıb.  Xəsarət alan E.G.D ilkin tibbi yardımdan sonra ətrafdakı özəl xəstəxanaya yerləşdirilib.
Hadisə yerində təhlükəsizlik tədbirləri alan polis qrupları hadisəni törədən şəxs və ya şəxslərin tutulması üçün əməliyyata başlayıb.
Polis idarəsinin 150 nəfərlik qrupu kamera və mobil telefonlara baxış keçirib. Hücumdan sonra hadisə yerində 14 uzun lüləli giliz, 3 ədəd 9 mm-lik giliz, 5 nəqliyyat vasitəsi və 1 yaşayış yeri aşkar edilib. 4 təcavüzkarın nömrəsi çıxarılan avtomobillə hadisə yerinə gəldiyi müəyyən edilib.

Daxili İşlər Naziri Ali Yerlikaya hadisə ilə bağlı sosial şəbəkədə açıqlama verib: “Bu gün saat 16.30 radələrində Kanarya rayonunda AK Partiya Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniayın təbliğat tədbirinin keçirildiyi yerdə uzun lüləli tüfəng və tapança ilə atəş açılıb. Hücum zamanı E.G.D adlı qadın vətəndaşımız yaralanıb. Hücumla bağlı genişmiqyaslı istintaq başladılıb. Xəsarət alan vətəndaşımıza tezliklə şəfa diləyirəm. Seçki prosesinə və demokratiyamıza qarşı bu cür iyrənc hücumları qətiyyətlə pisləyirəm”, - deyə o qeyd edib.

Ədliyyə naziri Yılmaz Tunç, Kanarya rayonunda seçki kampaniyası zamanı AK Partiya Küçükçekmece Bələdiyyə Başçı Namizədi Əziz Yeniaya edilən silahlı hücumla bağlı Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqının başladığını bildirib.

Nazir Tunç sosial media hesabından verdiyi açıqlamada: "Küçükçekmece Bələdiyyə Başçı Namizədimiz Əziz Yeniay seçki kampaniyasını apararkən baş verən silahlı hücumu şiddətlə qınayıram. Yaralı vətəndaşımıza tezliklə şəfa diləyirəm. Hücumla bağlı Küçükçekmece Respublika Baş Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladılıb, təcavüzkarların tutulması istiqamətində işlər davam edir. Demokratiyamıza qarşı bu cür xain hücumlar heç vaxt öz məqsədinə çatmayacaq” , - deyib.

AK Partiya sözçüsü Ömər Çelik TRT Xəbərə açıqlamasında: "Bu hadisəni qınayırıq, təcavüzkarın tutulmasını gözləyirik", - deyə qeyd edib.
Çelikin açıqlamasında: "Təhlükəsizlik qüvvələrimiz işləyir. Biz görürük ki, demokratiyamıza kölgə salmaq üçün müəyyən təsəvvürlər yaratmağa çalışırlar. Türkiyə öz demokratik mövqeyini qorumağa qadirdir. Demokratiyamızın təhlükəsizliyi bütün siyasi partiyaları əhatə edir. Seçki prosesinə kölgə salmağa heç vaxt icazə verilməyəcək”, - deyib.

Səhiyyə naziri Koca açıqlamasında deyib: “İstanbul Küçükçekmecedə silahlı hücum nəticəsində başından ağır yaralanan vətəndaşımız təcili müdaxilə və reanimasiyadan sonra beyin əməliyyatına aparılıb və əməliyyatı hələ də davam edir. Onun tezliklə sağlamlığına qovuşmasını arzulayıram”.скачать dle 12.1