Bia.Az

Paşinyan: “Biz minalanmış sahədəyik, bir çıxış yolumuz var, yoxsa… “

Dünya
 11-02-2024, 00:51     163

“Bu gün biz minalanmış sahədəyik və bundan yalnız bir çıxış yolu var”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, Ermənistan minalanan sahədədir və bundan qurtulmaq üçün çox yol yoxdur. Hətta demək olar ki, mövcud vəziyyətdən bir çıxış yolu var:

“Hakim siyasi gücün vəzifəsi vəziyyəti qiymətləndirmək, mövcud situasiyanı ictimaiyyətlə bölüşmək və bundan çıxış yollarını göstərməkdir. Digər tərəfdən bizim vəzifəmiz bu yolda hansı risklərin olduğunu göstərmək, onları idarə etmək üçün mümkün variantları tapmaq və ictimai rəy formalaşdırmaqdır”.

Paşinyan səhv addım atacağı təqdirdə “minalanmış sahədə partlayacaqlarını” ictimaiyyətə çatdırmağa borclu olduğunu qeyd edib.скачать dle 12.1