Bia.Az

“Sülh o demək deyil ki, dərhal Ermənistana sərmayə qoyacağıq” – Bakının önşərti

Dünya
 10-02-2024, 21:19     168

“Azərbaycanla Ermənistan arasında qaz xəttinin bərpası və bu ölkəyə qaz ixracı danışıqlar predmeti olmamalıdır. Sülh müqaviləsindən sonra Ermənistanla qaz kəmərlərinin bərpasına və qaz ixracına ehtiyac yoxdur”.

Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə Ermənistanla Azərbaycan arasında sülh prosesi və iqtisadi münasibətlərin qurulması haqda danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistan 30 il ərzində işğal və etnik təmizləmə aparıb, ölkəmizə maddi-mənəvi ziyan vurub:

“Hesab edirəm, ilk öncə bu ziyan maddi baxımdan Azərbaycana ödənilməlidir. Məhz bundan sonra mövzuya qayıdıla bilinər.

Ümumiyyətlə, sülh o demək deyil ki, biz dərhal Ermənistan iqtisadiyyatına sərmayə qoyacağıq və bu ölkəni dirçəldəcəyik. Azərbaycanın belə bir öhdəliyi yoxdur və olmamalıdır.

Ermənistanın hansı potensialı var ki, biz onlarla iqtisadi-tranzit əməkdaşlıqda maraqlı olaq?
Təəssüf ki, Gürcüstan nümunəsi göz qabağındadır.

Belə ki, uzun illər Gürcüstana sərmayə yatırıldı. Azərbaycan ucuz qiymətə qaz və nefti bu ölkəyə ixrac etdi. Nəticədə hakimiyyət dəyişən kimi gürcü xalqı və hakimiyyəti Azərbaycan xalqına xəyanət etdi.
Hazırda Ermənistana silahlar Gürcüstan ərazisindən daşınır. “Boz kardinal” Bidzina İvanaşvili baş nazir seçiləndə Azərbaycana qarşı təzyiq tonunda mesajlar verirdi. Ona görə də Ermənistanla sülh müqaviləsi yalnız dövlətlərin bir-birinə hücum etməmək müqaviləsi olmalıdır. Ermənistanla sərhədlərin açılması və nəqliyyat-enerji əlaqələrinin bərpası Azərbaycan üçün müsbət perspektiv vəd etmir”.скачать dle 12.1