Bia.Az

Fransadan sonra ABŞ da Ermənistana xəbərdarlıq etdi: Konstitusiya dəyişərsə…

Dünya
 10-02-2024, 18:02     158

“GALLUP İnternational Association” araşdırma şirkəti 23-26 yanvar tarixlərində Ermənistanda keçirilən sorğunun nəticələrini açıqlayıb. Rəyi soruşulanların 38.7 faizi baş nazir Nikol Paşinyanın fəaliyyətini qəti bəyənmədiklərini bildiriblər. Nisbətən bəyənməyənlər isə 12.3 faizdir (Ümumilikdə 51%).

Paşinyanın fəaliyyətini tamamilə bəyənənlər 13.9%, qismən bəyənənlər 24.1% (ümumilikdə 38%) təşkil edib. Sorğuda iştirak edənlərin 11 faizi cavab verməkdə çətinlik çəkib.

Sorğuda respondentlərdən həmçinin Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı rəyləri soruşulub.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanda keçirilən sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxardıb:

Birincisi, Baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb.

İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib.

“GALLUP” sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir.

Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib.

Görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür. Digər tərəfdən Vaşinqtonun Nikol Paşinyanın yeni konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “GALLUP” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur.

Yəni dolayı yolla ABŞ da Paşinyana mesaj verir ki, bu dəyişiklik daxildə ciddi etirazlarla nəticələnə bilər”скачать dle 12.1