Bia.Az

İsrail pilotsuz təyyarə ilə HƏMAS-ın Livandakı komandirinin avtomobilini vursada, o sağ qalıb - Mənbə

Dünya
 10-02-2024, 17:52     161

Fələstinin HƏMAS radikal hərəkatının Livandakı hərbi komandirlərindən biri Bəzil əl-Saleh İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarənin Cadra şəhərində (Beyrutdan 40 km məsafədə) avtomobilini vurmasından sonra sağ qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatına ölkənin cənubundakı Səidə əyalətinin polis idarəsindəki mənbə bildirib.

“Sui-qəsd Cadra və Vadi Zein arasındakı magistral yolda drondan istifadə edilməklə həyata keçirilib. Maşına iki raket atılıb, HƏMAS əl-Salehin silahlı qanadının üzvü yaralanıb, lakin sağ qalıb, onunla birlikdə olan daha üç fələstinli döyüşçü isə ölüb”, - deyə həmsöhbət qeyd edib.

HƏMAS-ın Beyrutdakı ofisi hələlik bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Bundan əvvəl İranın “Tasnim” agentliyi və Səudiyyə Ərəbistanının “Sky News Arabia” telekanalı İsrailin pilotsuz təyyarəsinin hücumunun mümkün məqsədinin Həmas Siyasi Bürosunun üzvü Hazem Haniyənin oğlunu məhv etmək olduğunu bildirib. Lakin bu məlumat təsdiqini tapmayıb.

Öz növbəsində "Al Hadath" telekanalı daha əvvəl Jadradakı hücum nəticəsində üç müqavimət döyüşçünün öldürüldüyünü bildirmişdi. Onların arasında Hizbullah şiə milislərinin Aytrun bölgəsindən olan səhra komandiri Xəlil Fares də var.

Fevralın 8-də Nəbatiyyə şəhərində pilotsuz təyyarənin hücumu zamanı Livanın cənubundakı şiə qüvvələrinin komandanı Abbas əd-Debs öldürülüb.скачать dle 12.1