Bia.Az

Ukrayna məğlub olsa, Aİ-yə 10 milyon qaçqın gələcək - Almaniya hökuməti

Dünya
 10-02-2024, 16:42     162

Almaniya hökuməti hesab edir ki, Ukraynanın məğlub olub parçalanacağı halında daha 10 milyon insan ölkəni tərk edəcək və onların böyük əksəriyyəti Qərbi Avropaya üz tutacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "Welt am Sonntag" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Almaniya böyük qaçqın axını ilə qarşılaşacaq ölkələrdən biri olacaq. Almaniya Daxili İşlər Nazirliyi və Federal Polis miqrasiya proseslərinin inkişafı ilə bağlı əsaslı şəkildə proqnoz vermək istəmədiklərini bəyan ediblər.

Miqrasiya üzrə ekspert Gerald Knaus "Welt am Sonntag"a bildirib ki, əgər Ukrayna Rusiya Federasiyası ilə münaqişədə məğlub olarsa, Aİ-yə 10 milyondan çox qaçqın gələ bilər. "Bu, artıq 1940-cı illərdən bəri Avropada ən böyük qaçqın axını ola bilər", - deyə o, Aİ-nin Ukraynaya yardımını davam etdirməli olduğunu vurğulayaraq qeyd edib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) məlumatına görə, dünyada Ukraynadan olan 6 milyondan çox qaçqın var. Eyni zamanda, onlardan 5 967 100 nəfəri Avropa ölkələrində qeydiyyatdadır. Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, hazırda Almaniyada 2022-ci ildən ölkəyə daxil olmuş təxminən 1,1 milyon Ukrayna vətəndaşı var.скачать dle 12.1