Bia.Az

Abdullahiyan: "ABŞ və Böyük Britaniyanın Yəmənə hücumları İsrailin maraqlarına xidmət edir"

Dünya
 10-02-2024, 16:18     152

"ABŞ və İngiltərənin Yəmənə raket hücumları regionda böhranın daha da pisləşməsi riskini artırır".


Bizimyol.info xəbər verir ki, bunu Beyrutda keçirdiyi mətbuat konfransında Livanda işgüzar səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

“İngiltərə-Amerikanın Yəmənə qarşı təcavüzü İsrailin maraqlarına xidmət edir və Yaxın Şərqdəki münaqişənin miqyasını genişləndirmək təhlükəsi yaradır”, - deyə nazir qeyd edib.

İran Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-ın mövqeyindəki ziddiyyətlərə diqqət çəkib: "Amerika vəziyyəti sakitləşdirmək və bölgədə hərbi əməliyyatların yayılmasının qarşısını almaq istədiyini bəyan edir, lakin əslində bu, Yəmənin suverenliyini, ərazi bütövlüyünü kobud şəkildə pozur, eləcə də bu, böhranın daha da pisləşməsi riskini artırır", -deyə Abdullahyan vurğulayıb.

İranın xarici işlər naziri Livanın baş naziri Nəcib Mikati ilə danışıqlardan sonra mətbuat konfransında çıxış edib. Hökumətin mətbuat xidmətinin Telegram kanalında verdiyi məlumata görə, iranlı nazir Livana Fələstin xalqını və onun mübarizəsini dəstəklədiyinə görə təşəkkür edib. “Qəzza zolağında müharibə cinayətlərinin dayandırılması və regiondakı bütün ölkələrin maraqlarına cavab verən ədalətli həllərin yolu əldə edilməsi üçün hər cür səy göstərilməlidir”, - deyə o qeyd edib.скачать dle 12.1