Bia.Az

Vəziyyət gərginləşir: ABŞ-da seçki öncəsi hakimiyyətə qarşı qiyam gözlənilir

Dünya
 10-02-2024, 15:25     152

ABŞ-da vəziyyət gərgin olaraq qalır. Sərhəd təhlükəsizliyi ilə bağlı davam edən fikir ayrılıqları fonunda Texas qubernatoru Qreg Abbott və digər 14 respublikaçı qubernator Bayden administrasiyasına qarşı birlik mesajı veriblər.

Baş verən sərhəd təhlükəsizliyi məsələsində fikir ayrılıqlarının səbəbi nələrdir? Bu qarşıdurmada Baydeni hansı hadisələr gözləyir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da Qreg Abbott və Bayden arasındakı savaş çox kəskin mərhələyə daxil olub:

“Hər kəs münasibətin düzələcəyini gözləsə də münasibətlər getdikcə daha gərgin müstəviyə keçir. Texasın qubernatoruna bu işdə digər respublikaçı qubernatorlar da dəstək verirlər. Bu Bayden administrasiyası üçün əməlli-başlı baş ağrısına çevrilib.

Respublikaçı qubernatorlar iddia edirlər ki, Bayden seçki öncəsi vədi pozub, miqrantları ölkəyə buraxır. Onlar Baydeni qanunsuz miqrasiyaya şərait yaratmaqda ittiham edirlər. Abbott başda olmaqla respublikaçıların tələbi miqrasiya qanunlarının sərtləşdirilməsidir. Bu, əlbəttə Baydenin nüfuzuna ciddi zərbə vurur.

Əslində qubernatorların da niyyəti budur. Ehtimal ki, Donald Tramp seçki yarışında elə qubernatorların dili ilə danışacaq. Onsuz miqrasiya siyasəti əvvəldən Trampın əsas hədəfi idi. Baş verən hadisələr prezident seçkilərində Co Baydenin nüfuzuna xeyli təsir edəcək və Donald Trampın işini xeyli asanlaşdıracaq”.

Ekspert deyib ki, qubernatorların mərkəzi hökumətə bu şəkildə qiyamı ölkənin milli təhlükəsizliyini ciddi təhdid edir:

“Bu isə mövcud prezident üçün çox mənfi haldır. Düşünürəm ki, seçkilər yaxınlaşdıqca qubernatorlar ritorikanı daha gücləndirəcəklər. Əsl məqsəd elə seçkilərə oynamaq və demokratları Ağ Evdən göndərməlidir. Ancaq eyni zamanda miqrantları da çox ağır vəziyyət gözləyir. Tramp hakimiyyətə gələrsə ABŞ dövləti ölkədəki miqrantlarla bağlı çox sərt qanunlar qəbul edəcək. Yaxşı olar ki, Bayden bu məsələni bir yolla seçkiyə qədər həll edib müxalif ştat rəhbərlərini neytrallaşdırsın. Əks halda bu ilk növbədə onun özünə qarşı çox mənfi nəticələrə səbəb olacaq”.скачать dle 12.1