Bia.Az

Siyarto: "NATO Rusiyanın hücumundan qorxmamalıdır"

Dünya
 10-02-2024, 15:17     150

Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto hesab edir ki, NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür və buna görə də alyans üzvləri Kremlin hücum təhdidindən qorxmamalıdırlar.

Bizimyol.info xəbər verir ki, nazir, bu fikri ABŞ-ın Harvard Universitetinin Siyasi Elmlər İnstitutunda çıxışı zamanı deyib.

Bəzi Qərb siyasətçilərinin NATO ölkələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən XİN rəhbəri hadisələrin bu cür inkişafına inanmadığını bildirib: “Düşünmürəm ki, Rusiya NATO üzvü olan dövlətə hücum riski ilə üzləşsin. NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də praqmatizm və məntiq hələ də mövcuddursa, mən bu təhlükəni görmürəm, çünki bu, tamamilə məntiqsiz olardı”, deyə o, Şimali Atlantika Alyansının kollektiv müdafiə prinsipini xatırladaraq qeyd edib.

Nazir Siyartonun çıxışının yazısı Budapeştdə Macarıstan Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində belə deyib ki, NATO rəhbərliyi öz ölkələrinin əhalisini xəyali Rusiya təhlükəsi ilə qorxutmağa çalışır, lakin analitiklər, real siyasətlə məşğul olanlar və sadəcə ağıllı insanlar bunun saxta olduğunu çox yaxşı başa düşürlər.скачать dle 12.1