Bia.Az

Türkiyənin ilk astronavtı Gezeravcı Yerə endikdən sonra ailəsi ilə görüşdüyü anlar - Video

Dünya
 10-02-2024, 13:30     154

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır Türkiyənin ilk astronavtı Alper Gezeravcı ilə görüşüb.


Bizimyol.info xəbər verir ki, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır "X" sosial platformasındakı səhifəsində Türkiyənin ilk astronavtı Alper Gezeravcının ailəsi ilə görüşünün görüntülərini paylaşıb.

Astronavt Alper Gezeravcı və onu müşayiət edən daha 3 həkarının içində olduqları "Dragon" kapsulu ilə Yer kürəsinə enib. Gezeravcı və onu müşayiət edən astronavtlar ABŞ-ın Florida ştatı sahillərində okeana endikdən sonra yer qrupu tərəfindən Hyustona gətirilib.

Dünyaya uyğunlaşması çərçivəsində burada dincəlməyə aparılan Gezeravcı ailəsi ilə görüşüb. Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacırın paylaşdığı görüntülərdə Gezeravcının ailəsi və yaxınları ilə qucaqlaşaraq həsrətini ödədiyi görüntülənib.


скачать dle 12.1