Bia.Az

Bu üç ölkə Ukrayna ilə bağlı yeni saziş imzaladı

Dünya
 10-02-2024, 01:05     170

Polşa, Almaniya və Hollandiya Ukraynaya yardımın çatdırılması prosedurunu sadələşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat dərc edib.

Bildirilib ki, hər üç ölkə arasında qoşunların hərəkətini və Ukraynaya yardımın çatdırılması prosedurunu  sadələşdirən saziş imzalanıb.

Qeyd edək ki, ötən həftə Polşa qoşunların hərəkəti prosedurunu sadələşdirməyi özündə ehtiva edən “hərbi Şengen sazişi”nə qoşulub. Bu təşəbbüs bir tərəfdən Ukraynaya yardım dəhlizinin yaradılmasına imkan verəcək, digər tərəfdən isə ehtiyac yaranacağı təqdirdə NATO-nun şərq cinahına dəstək olacaq.

Hollandiyanın Polşadakı səfiri Dafne Berqama bu sazişi Ukraynanı dəstəkləməyin və  Avropanın müdafiəsinə töhfə verməyin bir simvolu kimi xarakterizə edib. Ekspertlər isə belə təşəbbüslərin zəruri olduğuna diqqət çəkiblər.скачать dle 12.1